Menu

SƏFƏR ƏBİYEVƏ YAXIN DAHA BİR QRUP ZABİT VƏZİFƏDƏN ÇIXARILDI- General Aydəmirov da getdi- YENİLƏNİB

25.10.2013, 11:22
SƏFƏR ƏBİYEVƏ YAXIN DAHA BİR QRUP ZABİT VƏZİFƏDƏN ÇIXARILDI- General Aydəmirov da getdi- YENİLƏNİB

Yeni nazir Zakir Həsənovun Müdafiə Nazirliyində "təmizləmə" prosesi davam edir

Yeni müdafiə naziri Zakir Həsənov vəzifəsinə başlar-başlamaz Müdafiə Naziriyini sələfi Səfər Əbiyevə yaxın kdrlardan təmizləməyə başlayıb. Artıq xəbər verildiyi müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev vəzifəsindən azad olunub. Onların hər ikisi Səfər Əbiyevin kadrları sayılırdı.(Nazirlikdən Altay Mehdiyevlə bağlı xəbər təkzib olunsa da, onun Şəmkir korpusuna komandir təyin olunduğu, yerinə təyinatın aparıldığı xəbəri də yayılıb-red.)

Zakir Həsənov bu istiqamətdə islahatlarını davam etdirirdi. Belə ki, Müdafiə Nazirliyinin şəxsi iş idarəsinin rəisi, Baş Qərargah rəisinin müavini- Səfərbərlik idarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. Bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. Eyni zamanfda qeyd edib ki, yeni nazirin qərarları MN-də şok effekti yaradıb. Bəzi şəxslərin səhhətində ciddi problemlər yaranıb: "Adamdan soruşarlar ki, nə olub ale, vəzifədi də, bu gün var, sabah yoxdur. Bir də, gəlməyi də getmək kimi çox normal qarşılamaq lazımdır".

Yaşar Aydəmirovun səlahiyyətləri MN-nin Tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədova tapşırılıb. Ümumiyyətlə dünəndən etibarən üç idarənin işinə general-mayor Vaqif Məmmədov rəhbərlik edir.

Müdafiə Nazirliyindəki mənbələrdən "AzPolitika.info"ya verilən məlumatda, onun Zakir Həsənov birlikdə oxudiğu, ona görə də belə etimad göstərildiyi bildirilir.

Bunndan əlavə Müdafiə Nazirliyinin adı rüşvət və korrupsiya hallarında hallanan Büdcəyə nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutudğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. Qeyd edək ki, Elçin Mehdiyev də Səfər Əbiyevin kadrı hesab olunurdu. Hətta onların qohumluq əlaqələrinin olduğu da bildirilirdi.

Səfər Əbiyevə yaxın daha bir zabit Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi polkovnik Mehman Qədiməliyev vəzifəsindən çıxarılanlar arasındadır. O, Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib.

Mehman Qədiməliyevin yerinə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi, polkovnik Anar Kərimov təyin edilib.

Bundan əlavə Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi vəzifəsini icra edən Bəbir Həsənov vəzifəsindən azad olunub.

Üzeyir Cəfərov həmçinin bildirib ki, başqa ciddi kadr dəyişiklikləri də var. Görünür, Zakir Həsənov ilk iş olaraq Müdafiə Nazirliyini Səfər Əbiyevə yaxın kadrlardan təmizləməyi hədəfləyib.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol