UŞAQPULUNU BƏRPA ETMƏK ÜÇÜN SƏBƏB YOXDUR - Nazir müşaviri bu fikirdədir

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli son zamanlar sosial şəbəkələrdə müzakirə olunan uşaq müavinətlərinin bərpa olunub-olunmamayacağı müzakirələrinə münasibət bildirib.

“Report”un xəbərinə görə, müşavir bildirib ki, Azərbaycanın sosial müdafiə sistemi özündə aşağıdakı istiqamətləri ehtiva edir:

Əmək pensiyası / Müavinətlər / Təqaüdlər / Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) / Reabilitasiya / Sosial xidmətlər / Əmək və məşğulluq məsələləri / Digər xidmətlər.

Maddi şəkildə göstərilən xidmətlərə əsasən ilk dördü aiddir:

1. Əmək pensiyası - əmək fəaliyyəti dövründə minimum staj tələbini və/vəya minimum kapital tələbini yerinə yetirən (istisnalar olmaqla) şəxslərə ödənilir.

2. Müavinətlər - pensiya hüququnu əldə edə bilməyən müəyyən qrup şəxslərə ödənilir.

3. Təqaüdlər - bir qayda olaraq dövlət qarşısında xidmətləri olan şəxslərə ödənilir.

4. ÜDSY - aztəminatlı ailələrə ödənilir".

M.Abbasbəyli vurğulayıb ki, əmək pensiyası vətəndaşın şəxsən qazandığı bir hüquqdur: “Bunu qoyduq bir kənara. Müavinət, təqaüd və ÜDYS isə minimum yaşayış standartlarını təmin etmək üçün dövlətin vətəndaşına göstərdiyi qayğıdır”.

Bu qrupa aid sosial ödənişlər 3 meyar üzrə aparılır:

A. Dövlət qarşısında xidmətlərə görə - şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və s.

B. Səhiyyə və reabilitasiya ehtiyaclarına görə - əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, əlillərə qulluğa görə və s.

C. Maddi ehtiyaclara görə - az təminatlı ailələrə, ailə başçısını itirmiş ailələrə, əmək qabiliyyətini müvəqqəti itirmişlərə və s.

Bu 3 meyara aid olmayan müavinətlər də ola bilər. Ancaq bir qayda olaraq bu müavinətlər dövlətin müəyyən müddəti üçün müəyyən hədəflərini həyata keçirmək məqsədi ilə həyata keçirilir.

İndi gələk əsas məsələ olan uşaq müavinətlərinə.

Əgər uşaq A qrupuna aiddirsə, bu halda onlara müavinət ödənilir - şəhid uşaqlarına müavinət, müharibə əlillərinin uşaqlarına müavinət və s.

Əgər uşaq B qrupuna aiddirsə, bu halda onlara müavinət ödənilir - sağlamlıq imkanları məhdud uşaqlara müavinət, onlara qulluq üzrə müavinət və s.

Əgər uşaq C qrupuna aiddirsə, bu halda da onlara müavinət ödənilir - ÜDSY proqramı çərçivəsində aztəminatlı ailələrə, o cümlədən də uşaqlara sosial yardım.

Yox əgər uşaq yuxarıda sadalanan 3 qrupdan heç birinə aid deyilsə və biz yenədə ona müavinət ödənilməsini istəyiriksə bunun yəgin ki, bir səbəbi ola bilər - Demoqrafiya.

“İndi gəlin müzakirə edək görək Azərbaycanın demoqrafik problemi var ya yox. Məncə yoxdur, sizcə varsa müzakirə edək. Ancaq bu müzakirəni sosial müdafiə kontekstindən çıxardıb demoqrafiya kontekstinə keçirdək.Ölkənin sosial siyasəti çox həssas sahədir. Hər hansı sosial addım çox ciddi şəkildə təhlil edilərək atılmalıdır. Uşaq müavinəti ilə bağlı addım ya demoqrafik kontekstdə, ya da yuxarıda sadalanan 3 meyar kontekstində əsaslandırılmalıdır” - deyə nazirin müşaviri fikirlərinə əlavə edib.

635x100

Şərhlər

Saqqali uwaga 2019-09-12 11:13:53

Uwaqsan uwaq yerinde otur. Boyuklerin daniwiqina mudaxile etme. Her bir uwaq boyuyub esger olacaq veteni qoruyacaq ve senin kimi saqqalli uwaqlarda bulvarda rahat wirin quwlarini yeyecek en azi buna gore uwaq pulu verilmelidir.

Pensiyaçı 2019-09-12 11:13:53

Nəqədər ki,Sahil kimi,təsadüfi insanlar nazir olacaq Azərbaycanda insanların problemləri tükənməz.Çünki sahəni anlamayan.millətin vəziyyətini öz ciblərinin vəziyyəti ilə düşünən ərkəsöyün,əslində isavad kadrlardan ölkə fayda görə bilməz!Bu məsələlərin qaydaya qoyulması üçün nazirlərin,icra başçılarının təyinatı seçki qaydasında olsa onlar bəlkə anlaya bildilər ki,kimə xidmət edirlər.

Saqqallı uşaq 2019-09-12 11:13:53

Möhtərəm və hörmətli nazir müavini düz buyurur! Ay uşaq pulu istəyən, bir mənə de görüm evlənəndə və ya uşaq doğanda dövlətlə məsləhətləşmisən ki, indi də ondan pul istəyirsən? Heç utanmırsan? Yəni deyirsən ki, gedək qoşulaq o ... avropalılara? Uşaq doğuldu pul. xəstələndi pul, nə bilim məktəbə gedir pul... Onlar ona görə uşaqlara pul verirlər ki, orada doğulan uşaqların çoxu bicdir, atası yoxdur ki, uşağını saxlasın. İndi,ay utanmaz, biz də duraq deyək ki, ay dövlət bizim uşağa pul ver? Ayıb olsun sənə!!!

Əziz həmvətənlər! 2019-09-12 11:13:53

Bismillahir-Rəhmanir-Rəhim Əziz həmvətənlər! Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin dedikləri, diletant yanaşmadır, Mən tarixi nadiri oxumuşam bunun dediyindən bir şey anlamadım,BƏLKƏ SİZ ANLADIZ. Məsələ burasındadır ki, bu fikrin populizm, blef, yoxsa bir həqiqət olduğunu birmənalı söyləmək çətindir. Hörmətli S.Babayevi nazir vəzifəsinə təyin olunandan sonra yazdığım 15 şikayətə indiyə kimi cavab almamışam. Hətta 3 dəfə yazdım ki, “Prezidentə şikayət edəcəm” bunu da saymadı.Bununla dememək istəyir ki, “get, kimə istəyirsən, şikayət elə” Bir məsəl var,”Burda mənəm “Bağdadda Kor xəlifə” ! Niyə nəticə çıxarmır? ! Bu nazir məsuliyyət hissini itirib.Belə nazirin belə müşaviri olar.Bir atalar sözü yadıma düşdü:” Kor atn kor nalbəndi də olacaq”.Hörmətl oxucular bu müşavir yazır ki,“İndi gəlin müzakirə edək görək Azərbaycanın demoqrafik problemi var ya yox. Məncə yoxdur, sizcə varsa müzakirə edək”. Mənə elə gəlir ki. Bu bəy demoqrafik sözünün mənasını bilmir.

Dövlətimizi sevən 2019-09-12 11:13:53

Nazirin müşaviri uşaq pulunun verilməsinə ehtiyac olamasını pensiya və digər müavinat pulları ilə müqaisə edir.Dövlətimizi qəlbən seviriksə,həqiqəti söyləməkdən kəçinməməliyik. Belə ki,SSRi dönəmində olduğu kimi, uşaqlara heç olmasa 12-yaşına kimi uşaq pulu verilsə,uşaqların sağlam böyüməsinə öz töhvəsini verə bilər.Bildiyiniz kimi dərman peraparatları olduqca qiymətləri bahadır,onlar xəstələnəndə sizin qeyd etdiyiniz pensiya və müavinat pulları dərmanların dəyərini ödəmir? Öz yaşayışınızla,başqasının yaşay

alman 2019-09-12 11:13:53

demoqrafik problem yoxdursa -öldürün bizləri yoldaş Mustafa Abbasbəyli. siz heç düşünmüsünüz ki,xalğın heç vaxt demoqrafik problemi olmamalıdır

Kasib 2019-09-12 11:13:53

KefinİZ kok damaginIZ saz ne vecive paketiniz ayda gelir. Ushax pulu lazim deyil. Bes bu kasiblar yaziq deyil?

Gülnaz 2019-09-12 11:13:53

Bir dəli bir daş atdı,hamı da inandı?

Vahid 2019-09-12 11:13:53

əhalinin çox hissəsinin əmək haqqı minimum əmək haqqına yaxındır (300-500)azn.uşaq bagçalarında qiymətlər 300-400azn dən aşagı yoxdur.ardını Siz fikirləşin.Bununla uşaq salayıb əhalinin sayını artırmaq olarmı?

EJDER 2019-09-12 11:13:53

AYE ,BES BU QAJQINLAR QALDI ,AYE .BE BULAR HANSI QRUPA AIDDI ,HIYYYY.QAJQINLARI ANCAQ EV,COREK PULU MARAQLANDIRIR,BU ANALOQU OLMAYAN HOKUMETDE ONLARIN HESABIA VARLANIR,YE ,IC ,WARAYA ,ZARAYA BAX KEYF ELE ........ TORPAQLARINIZI TELEB EDIN,OTUZ ILDE GOZLEMEK OLAR.UWAQ PULU ISI UWAQIN BOYUMESI UCUN VERILMELIDI,HANI NAFTIN PULLARI,HIYYYY.NEFT XALQIN SERVETI DEYIL BIYEM.

səməd 2019-09-12 11:13:53

cənab müşavir bir suala cavab ver. 40 il fasiləsiz emək stajı olub 200-220 manat pensiya verirsiniz. hansı sosial ədalətdən danışırsınız?

Bashirov Qarib 2019-09-12 11:13:53

Ölkədə 2 milyondan çox uşaq var.Sizin sadaladıgınız koteqoriya uzrə ödənişlər,bunların heç 10%-i təşkil etmir.Uşaq pulu,uşaqların haqqıdır . Bunu mənimsəmək olmaz.

Edaler 2019-09-12 11:13:53

Bunlar UWAQ PULU vermecekler,cunku onu yeye bilmezler.Amma unvanli sosial yardimi 7 ayini qabagcadan nagd wekilde ele qewey yeyiller ki.

Pensiyaçı 2019-09-12 11:13:53

Bu nazirlik insanlara əziyyt çəkmək,pis dolanmaq,vaxtından əvvəl ölüm,qanunları özlərinin istəyi ilə dəyişmək,boş-boş vədlər verib yerinə yetirməmək,absurd,analoqu olmayan pensiya hesablamaları icad etmək ki,millət zülümlə dolansın,tibbi xidmətdən istifadə edə bilməsin kimi devizlərlə işləyiR?.Bu məsələlərdə Hadı Rəcəbli,Müslümov,SAhil kimi millətdən uzaq düşmüş insanların cəlbi bu sahəni sıxılmaz və anlaşılmaz ahəni çıxhala gətirib...

Son yazılar