“Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib”.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Ziyad Səmədzadə bildirib.
Z. Səmədzadə deyib ki, kölgə iqtisadiyyatına kasıb ölkələrdə rast gəlinməsi təsadüfi deyil: “Müstəqilliyin ilkin illərində insanları ilk növbədə yaşamaq uğrunda mübarizə aparmaq maraqlandırırdı, bu sahədə uçot, qeydiyyat aparılması mümkün deyildi. Bu gün isə Azərbaycanda yoxsulluğun, işsizliyin səviyyəsi 4-5%-ə düşüb. Biz artıq oturuşmuş bir dövlət yaratmışıq, Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib. Bütün bunlar artıq ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizə aparılmasını aktual edir. Əgər biz dünyanın Ən aparıcı şirkətləri ilə əməkdaşlıq ediriksə, mühüm beynəlxalq nəqliyyat mərkəzinə çevrilirsə, bu addımların daha güclü, effektli olması üçün şəffaflığın artırılması diqqət mərkəzində olmalıdır”.


Şərhlər
AYE,NAZIRLERI MILYARDLARI TALAYAN ANALOQU OLMAYAN HOKUMET INKIWAFDAN DANIWA BILMEZ,NE ISE YALAN DANIWANIN ATABATASINA LEHNET,LUKAWENKO CANI...BESDIRIN BOW BOW DANIWDINIZ
Azərbaycanda indiki qədər yoxsulluq olmayıb.Əhali müalicə üçün dərman almağa pul tapmır.Cəzasızlıq baş alıb gedir.İş yerləri olmadığına görə iş tapmaq üçün gənclər xarici ölkələrə getməyin yollarını arayırlar..
Buyurun bu da bütün dövrlərin ... "Akademiki".Məncə bu alim ölkədəki sosial gərginliyi anlamamış deyil.Yüksək ranqlı şəxslərin hər kəlməsi bu gərginliyi bir az da artırdıgını da gözəl anlayır.Bu gedişlə uşaq pulunun gec-tez bərpa olunacagını da anlayır.30 ildən çoxdur ki, Ziyad bütün rəhbərlərin məddahı olub, yerini qoruyub saxlayıb.Bu rəhbərlərin kreslosu laxlayanda isə yumşaq şəkildə akademik düşüncələri ilə "odun üstünə benzin" töküb.....
AKADEMİKİMİZİN,MM DEPUTATININ DÜŞÜNCƏSİ DÜNYA GÖRÜŞÜ,VƏZİYYƏTİ DƏYƏRLƏNDİRMƏSİ BELƏDİRSƏ BAŞQALARINDAN NƏ UMMAQ OLAR???