Menu

“Yuventus” büdrəyib, “İnter” zirvəni ələ keçirib

15.09.2019, 00:56
“Yuventus” büdrəyib, “İnter” zirvəni ələ keçirib

İtaliya A seriyasında III tura start verilib.

APA-nın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Çempionluğa əsas namizədlərin qiyabi duelində yalnız “Yuventus” büdrəyib. Son çempion səfərdə “Fiorentina”nin müqavimətini qıra bilməyib.

“Napoli” və “İnter” ev oyunlarından qalib ayrılıblar. Milan klubu “Udineze”ni məğlubiyyətə uğradaraq zirvəni ələ keçirib.

Qeyd edək ki, tura sentyabrın 16-da yekun vurulacaq.

İtaliya A seriyası

III tur

14 sentyabr

“Fiorentina” – “Yuventus” – 0:0

“Napoli” – “Sampdoriya” – 2:0

Mertens, 13, 67

“İnter” – “Udineze” – 1:0

Sensi, 44

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol