Menu

Rusiyada vertolyot itib

15.09.2019, 10:08
Rusiyada vertolyot itib

Rusiyada vertolyot itib.

APA-nın “RİA Novosti” agentliyinə istinadla verdiyi məlumata görə, Yakutiyada filiz və qiymətli metal emalı ilə məşğul olan "Nera-Antaqaçan" şirkətinə məxsus vertolyotla əlaqə kəsilib.

Sentyabrın 13-də Ust-Nera qəsəbəsindən Oymyakon rayonu ərazisindəki Utoçan dərəsinə uçan vertolyot sentyabrın 14-də Ust-Nera qəsəbəsinə qayıtmalı olsa da, vertolyotdan xəbər yoxdur. Vertolyotun göyərtəsində pilot və şirkətin 2 işçisi olub.

Vertolyotun axtarışlarına başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol