Qusarda 20 gün əvvəl itkin düşən ana və azyaşlı qızı tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Xaçmaz rayonu, Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova avqustun 25-i səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasıgilə gedəcəyini bildirərək evdən çıxıb və bir daha geri qayıtmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rima Talıbova və azyaşlı qızı sentyabrın 14-də Qusar rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.


Şərhlər