Menu

AZTV və "Mədəniyyət TV"nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişib

16.09.2019, 12:59
AZTV və "Mədəniyyət TV"nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan üç telekanalın loqosu, o cümlədən birinin adı dəyişib.

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, "İdman Azərbaycan" telekanalının adı "İdman TV" olub.

Yeni loqoda AzTV-nin, "Mədəniyyət TV"nin və "İdman TV"nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.

Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol