Menu

Şamaxıda məktəblini maşın vuraraq öldürüb

16.09.2019, 18:40
Şamaxıda məktəblini maşın vuraraq öldürüb

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili 9 yaşlı Yusif Mübariz oğlu Nuriyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Y.Nuriyev 3-cü sinif şagirdi olub.

Qeyd edək ki, qəzada ölən uşağın atası ötən il Şamaxıda göldə çimərkən boğulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol