Menu

Ərdoğandan daha bir böyüklük - Foto

16.09.2014, 20:50
Ərdoğandan daha bir böyüklük - Foto

Türkiyədə "Muradıya vəqfi"nin qurucularından olan Hacı Çatlı 85 yaşında həyatını itirib. Axar.az xəbər verir ki, Çatlının cənazə namazında Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Cənazə mərasimində prezidentlə bərabər Baş nazirin müavinləri, AKP millət vəkili Əmrullah İşlər və CHP millət vəkili Sinan Aygün də iştirak edib.

Cənazə mərasimində diqqət çəkən görüntü isə Ərdoğanın tabutu çiyninə alaraq cənazə maşınına qədər yardım etməsi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol