Menu

İran hökuməti ABŞ ilə danışıqlardan imtina edib

17.09.2019, 11:49
İran hökuməti ABŞ ilə danışıqlardan imtina edib

"İran hökuməti ABŞ ilə danışıqlar aparmaq niyyətində deyil".

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın ali lideri Ayətullah Əli Xamenei bildirib.

O qeyd edib ki, İranın ABŞ ilə istənilən səviyyədə danışıqlar aparması qeyri-mümkündür.

"Bu cür əlaqələr ABŞ-ın təzyiq siyasətinin uğuru demək olacaq", - Xamenei söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol