Menu

Bakıda yeniyetmələr arasında dava olub

19.09.2019, 00:01
Bakıda yeniyetmələr arasında dava olub

Nərimanov rayonunda dava düşüb, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə Ə.Orucəliyev küçəsində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Orxan Əmirli, 2004-cü il təvəllüdlü Tural Dadaşov, 2001-ci il təvəllüdlü Ruslan Məmmədov və 2003-cü il təvəllüdlü Elmir Mövludov bir-biriləri ilə əlbəyaxa dava edib. Hadisə zamanı xəsarət alanlardan üçü xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol