Menu

MAHMUDOVUN "SAĞ ƏLİ" DANIŞDI - "Mən asudə adamam, sərbəst hərəkət edirəm"

20.09.2019, 11:33
MAHMUDOVUN "SAĞ ƏLİ" DANIŞDI - "Mən asudə adamam, sərbəst hərəkət edirəm"

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxıb sonra geri qayıtması barədə iddialar yayılıb.Sabiq nazirin “sağ əli” kimi tanınan general Mövlam Şıxəliyev də barəsindəki hərəkət məhdudiyyəti qətimkan tədbirindən danışıb.

Eldar Mahmudovun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması xüsusunda danışan Mövlam Şıxəliyev gununsesi.org-a açıqlama verib.

Yada salaq ki, Eldar Mahmudovla yanaşı ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərdən biri də MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev idi.

Sayt əməkdaşına hazırda ölkədə olduğunu deyən Mövlam Şıxəliyev bildirib ki, o, sərbəst hərəkət edir: “Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm”.

“Başqa sizi nə maraqlandırır” deyən Şıxəliyevdən növbəti dəfə ölkədən çıxışına məhdudiyyətin götürülüb-götürülməməsinə cavab istənilib. Cavabında isə general “Bu məsələ sizi maraqlandırmasın və sualınıza cavab vermək istəmirəm” deməklə kifayətlənib.

Sayt Mövlam Şıxəliyevi Eldar Mahmudovun “baş torbatikəni” kimi təqdim edir, MTN-dəki cinayətkar şəbəkənin əsas simalarından biri olduğunu, sabiq nazir kimi həbsdən yaxasını qurtara bildiyini diqqətə çatdırır. Baxmayaraq ki, “MTN işi” çərçivəsində aparılan istintaq və məhkəmədə Mövlam Şıxəliyevin həbs olunması üçün tutarlı sübutlar ortaya çıxmışdı.

Şərhlər

Şəkidən 2019-09-20 11:33:39

Mövlam Şıxaliyevin dövründə Şəki də Şaiə oğlu Rafiq və onun ətrafı at oynadıblar....?

Azərpoçtun işçisi. 2019-09-20 11:33:39

Mövlam Şıxaliyev Azərpoçt MMC-nin baş direktoru Emin Əfəndiyevin yaxın qohumudur.

Edalet 2019-09-20 11:33:39

Buna deiller YIMIWEM ,USTUNNENDE SU ICMIWEM,BELE ECCCEB ELEMIWEM !

EJDER 2019-09-20 11:33:39

MALADES,ELDARLA KEYF ELEYIN,ANALOQU OLMAYAN INKIWAFIMIZIN BAYRAQDARLARI,AVANQARDLARI.KOMPRAMATLARDAN MUQAYAT OLUN,LUKAWENKO CANI

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol