Menu

"Bakıdakı Gimnastika Arenasının zalı çox təsir edici görünür" - Estoniyalı tamaşaçı

22.09.2019, 11:54
"Bakıdakı Gimnastika Arenasının zalı çox təsir edici görünür" - Estoniyalı tamaşaçı

Bakıdakı gimnastika arenası heyrətləndirici təəssürat yaradıb.Bunu Trend-ə Estoniyadan gələn bədii gimnastika üzrə 37-ci dünya çempionatının tamaşaçısı Olqa Tuboleva deyib.

O.Tuboleva vurğulayıb kı, yarışlar yüksək səviyyədə keçirilir:

Olga Tuboleva çempionata Estoniya komandasına azarkeşlik etmək, eləcə də digər görkəmli gimnastların çıxışlarını izləmək üçün gəldiyini qeyd edib: "Rus gimnastlarının - Dina və Arina Averina, Ekaterina Seleznyovanın gözəl çıxışlarından zövq aldıq, bütün bunlar qızım üçün çox maraqlı idi. Onun üçün bu, heyrətamiz bir motivasiyadır, çünki o özü də gimnastdır və yaxından ən yaxşı idmançıları izləyə bilib".

Olga Tuboleva əlavə edib ki, Bakı onda böyük təəssürat yaratdı: "Gözəl bir şəhər - çox gözəl, təmiz, yaşıl. Tarixi memarlıq abidələrinizə belə qayğı ilə yanaşmağınız çox xoşdur".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol