Menu

Bakıda 18 kilometrlik velosiped yolu çəkilir

23.09.2019, 15:54
Bakıda 18 kilometrlik velosiped yolu çəkilir

Bakıda daha bir böyük yol layihəsinə start verilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Belə ki, BNA rəsmisinin sözlərinə görə, paytaxtda velosiped yolunun yaradılması ilə bağlı işlərə başlanıb.

M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakıda velosiped nəqliyyatının inkişaf etdirilməsi məqsədilə əsaslı şəkildə araşdırmalar aparılıb, paytaxtın yol infrastrukturu, əhalinin əsas maraq dairələri əsas götürülərək müvafiq təklif layihəsi hazırlanıb:

"Sözügedən layihədə ilkin olaraq, şəhərin mərkəzi hissələrini əhatə edən küçə və prospektlərdə velosiped yollarının inşası nəzərdə tutulub. Yolun uzunluğu 18 kilometr planlaşdırılıb. Artıq onun 7 kilometri layihələndirilib".

Şərhlər

Zaur 2019-09-23 15:54:50

Ay BNA,velosiped yolları avtomobil yollarından tam ayrı tikilməlidir.Yoxsa gündə bir velosipedçini bizim avtoşlar və ya harınlamlşlar xosunvay edəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol