Menu

"PROBLEMİMİZ VAR, YANMIŞIQ..." - Deputatın gizli videosu da yayıldı - VİDEO

24.09.2019, 16:44
"PROBLEMİMİZ VAR, YANMIŞIQ..." -  Deputatın gizli videosu da yayıldı - VİDEO

Millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı Yenisabah.az-a video və audio materiallar daxil olub. 

Məlumat üçün deyək ki, Rafael Cəbrayılov Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min ABŞ dolları məbləğində borc pul alıb. Millət vəkili borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün III və IV çağırış deputat vəsiqlərini girov qoyub.

Təranə Fətəliyeva və Xatirə Nəcəfova bildirib ki, sonralar Rafael Cəbrayılov tərəfindən aldadıldıqlarını başa düşüblər. İş məhkəməyə düşüb. Məhkəmə qərarı Rafael Cəbrayılovun əleyhinə olub.

Bu məsələ ictimailəşdən sonra millət vəkili əvvəlcə “susuram” desə də, sonradan medianı ona qarşı kampaniya aparmaqda ittiham edib. Şikayətçilər jurnalistlərin hədəfə gəldiyini görüb video və audio materialların da ictimaişləməsinə qərar verib və onları redaksiyamıza təqdim edib.

Həmin materialları oxucuların diqqətinə çatdırırıq. Onu da diqqətə çatdırmaq istəyirik ki, “Yeni Sabah” bu məsələdə tərəf deyil və Rafael Cəbrayılovun da cavab haqqını tanımağa hazırdır.

 

Şərhlər

Oxucuya 2019-09-24 16:44:47

Eyder Lukashenkoglu.Ha,ha,ha...Yarashr ha kstati.

NURəddindən vətəndaşa 2019-09-24 16:44:47

BURA DƏHŞƏTLƏR ÖLKƏSİDİR. BÜTÜN CİNAYƏTLƏR VƏ BÜTÜN CİNAYƏTKARLAR APAÇIQ GÖZ ÖNÜNDƏDİR. TƏDBİR GÖRƏN YOXDUR.İNSAN ÖVLADININ DA 200 MƏNZİLİ OLARMI AY VƏTƏNDAŞ QARDAŞ? MƏN BUNU ANLAYA BİLMİRƏM SƏN ANLAT MƏN DƏ BİLİM. CİNAYƏTKARLARIN TOXUNULMAZLIQ HUQUQUNA MALİK OLMASI DAHA HANSI ÖLKƏDƏ MÖVCUDDUR? EŞİTMİSƏNSƏ, BİLİRSƏNSƏ QARDAŞ BU SUALIMA DA CAVAB VER.

Oxucu 2019-09-24 16:44:47

Əjdər bu saytda xoş olmayan nə xəbər olsa ha ha ha deyib sevinir , bundan dü betər olacağını söyləyib sevinirsən . Bu xalqın nümayəndəsi deyilsən? Bir də ki, adətən uşaqlar birşey olan kimi, atalarının canına and içib " atam canı" deyirlər. Bəlkə Lukaşenko o məsələ , qohumdu sənə.

Bashirov Qarib 2019-09-24 16:44:47

Qadın ustunə qışqıran kimi, dedi ki, yıxılmışıq, başladı yalvarmaga.

vətəndaş 2019-09-24 16:44:47

hər deputatda 200 mənzil varsa deməli 125 deputatın mülkiyyətində 25 min mənzil var.maraqlıdır bu deputatlar qanun qəbul edirlər yoxsa mənzil tikirlər.hündürmərtəbəli binanın tikilməsinə sərf olunan pulun 600 minini borc alıbsa qalanını hardan əldə edib?evləri olmadığına görə ailə qura bilməyən gənclərə bu 25 min mənzili uzunmüddətə icarəyə versələr bəlkə xəta olar?ay deputat cənab Prezident əhalinin sosial vəziyyətin yaxşılaşdırmaq üçün tapşırıqlar verir sən 200 mənzili hansı zamana saxlayırsan?

EJDER 2019-09-24 16:44:47

HA HA HA BUNDAN DA BETER YANAJAQSINIZ,ANALOQU OLMAYAN HOKUMETIMIZ,HE ISE YAMAN YAVAWLAYIRSINIZ,,BRAVO,,LUKAWENKO CANI

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol