Menu

Qaradağ rayonu ərazisində iki avtomobil toqquşub, xəsarət alan var

24.09.2019, 22:31
Qaradağ rayonu ərazisində iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə “Binə” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü Əbdülrəhmanova Pikəxanım xəsarət alıb.

Yaralı təcili-tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol