Menu

Qaxda meşədə narkotik əkən Balakən sakinləri tutulub

25.09.2019, 10:26
Qaxda meşədə narkotik əkən Balakən sakinləri tutulub

Qaxda narkotik tərkibli bitkiləri əkib-becərən Balakən rayon sakinləri həbs edilib.

Qax rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində rayonun Qarabaldır kəndi ərazisində meşəlik ərazidə qanunsuz narkotik tərkibli bitkilərin əkildiyi müəyyən edilib. Araşdırmalarla həmin əraziyə narkotik bitkilərin Balakən rayon sakinləri olan Elman Qurban oğlu Həbilov və dostu İlqar İdris oğlu Qebedov tərəfindən əkildiyi məlum olub.

Hal şahidlərinin iştirakı ilə ərazidən ümumi əkisi 3 kq 365 qr olmaqla, sayı 18 ədəd çətənə bitkisinin kolları götürülüb.

E. Qurbanov və İ. Qebedov şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol