Menu

Təhsilin İnkişafı Fondu yaradılacaq

25.10.2013, 13:59
Təhsilin İnkişafı Fondu yaradılacaq

President.az saytı Azərbaycanın təhsil strategiyasını dərc edib. Sənəddə bildirir ki, təhsilə ayrılan dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artıb.

«Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması nəzərdə tutulur. Bundan başqa, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondu yaradılacaq.

Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması üçün isə «onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8–2 dəfəyədək artırılması» nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol