Menu

Rusiya Şpisbergeni güclə ələ keçirməyə hazırlaşır - Norveç kəşfiyyatı

28.09.2019, 09:15
Rusiya Şpisbergeni güclə ələ keçirməyə hazırlaşır - Norveç kəşfiyyatı

Norveçin hərbi kəşfiyyat xidmətinin başçısı Morten Haqa Lunde təsdiqləyir ki, Rusiya Şimal donanmasının sentyabrda Frans-İosif Torpağı arxipelaqının cənubunda, həmçinin cənub qərbində keçirilmiş və döyüş atışları, desant çıxarılmasının imitasiyası ilə müşayiət olunmuş təlimləri ilk növbədə, Norveçin suverenliyinə qarşı yönəlib . Belə ki, təlimlər krallığın ən şimal ərazisi olan Şpisbergen arxipelaqının güc vasitəsilə ələ keçirilməsi variantlarının məşq edilməsi məqsədi daşıyıb.

«Bundan əvvəl, Şimal donanmasının gücləri çoxlu sayda belə tədbirləri Frans-İosif Torpağı və Şpisbergenin şərqində həyata keçirib. Ancaq bu il biz, amerikalı həmkarlarımızla birlikdə, Şimal donamasının yeni niyyətlərini görürük…» - deyə, Morten Haqa Lunde bəyan edib.

Bu barədə məlumatı Norveç KİV-i yayıb. O, Frans-İosif Toprağında ən yeni Rusiya raket komplekslərinin sahil müdafiə xəttində yerləşdirilməsindən xüsusi həyəcan hissi ilə danışıb.

Məlumat üçün bildirək ki, sentyabrın 10-da Şimal donanmasıın ekspedisiya dəstəsi Frans-İosif Torpağı arxipelaqında - Rudolf adasındakı Fligel burnunda (Avrasiyanın ən şimal noqtəsi) - Rusiya Federasiyasının dövlət bayrağını qaldırıb.

«Müasir dövrdə Rusiya bayrağının Frans-İosif Torpağı adalarında qaldırılması Rusiya tərəfindən Arktikanın dinc yolla öyrənilməsinin və kəşfinin rəmzi olaraq qəbul edilməlidir» - deyə, Rusiya Müdafiə Nazirliyi qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol