“Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı. Bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac yoxdur. Bu, dünyanın hər yerində baş verən hadisədir, istefa mədəniyyəti hər yerdə var. Deputat Rafael Cəbrayılov tərəfindən də bu addım atılıb”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirilib ki, vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər: “Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.


Şərhlər
davamı;Təbii ki,dünya necə istər anlasın,bizə nə,deyib keçə bilərik.Amma o halda Qarabağ məsələsində dünyanın bizi niyə eşitməməsini də anlamış olmalıyıq.Biz bu kimi məsələlərdə desək dünyadan bizə nə,dünya da deyəcək o zaman Qarabağdan bizə nə.Və elə beləcə də deyirlər,"özünüz razılaşın,özünüz görüşün danışın,həll edin".Vəssalam.
İstefa mədəniyyəti dünyanın hər yerində var,amma deputat vəsiqəsini girov qoyub borc götürmək bəşər tarixində ilk hadisədir.Bu hadisənin dünyada analoqu yoxdur.Çünki girov qoyulan şey pula gedən şey olmalıdı ki,borc verən görsə ki,pulu qaytarılmır,o girovu satıb pulunu əldə etsin.Əgər vəsiqə brilyantlarla süslənmiş xalis qızıldan olsaydı borc verəni də,alanı da anlamaq olardı.Amma burada girov məsələsini qətiyyən anlamaq mümkün deyil.Borc verən onu necə satacaqdı?Vəsiqə satılırmı yəni?Dünya necə anlayacaq?