Menu

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb - 4 nəfər ölüb

04.10.2019, 10:43
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb - 4 nəfər ölüb

Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Lvovdakı Baş İdarəsindən bildirilib.

Göyərtəsində 7 nəfərin olduğu təyyarə İspaniyanın Viko şəhəri istiqamətində çarter uçuşu edirmiş.

Qəzaya uğrayan təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb.

Hadisə yerin 41 xilasedici və 7 xüsusi texnika cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol