RUSİYA TALEYÜKLÜ QƏRAR QƏBUL ETDİ – ABŞ-da panika başlanacaq!

«Valday» beynəlxalq diskusiya klubunun plenar sesiyası zamanı Rusiya prezidenti Vladimir Putin mühüm bəyanat səsləndirib. O, bildirib ki, əgər Amerika Birləşmiş Ştatlarının (ABŞ) yerüstü raketləri Asiyada peyda olsa, o zaman Rusiyanın «güzgü cavabı» özünü çox gözlətməyəcək.

Putin qeyd edib ki, artıq orta və qısa mənzilli raketlərin ləğvi barədə Müqavilədən (OQMRLM) çıxandan dərhal sonra, Birləşmiş Ştatların diqqətini dəfələrlə bu məsələyə yönəltməyə çalışıb.

«Beş dəfə dedim. Heç kim reaksiya vermir. Nə ABŞ, nə də Avropa. Sanki kar olublar, eşitmirlər» - prezident əlavə edib. Görünür ki, Kremlin səbri sona yetir. Ancaq şübhə yoxdur ki, Vaşinqton praktikada istənilən üsullarla Asiya bölgəsini silahla doldurmaqda davam edəcək.

Putinin belə ciddiliyi üçün yetərincə əsas var. Belə ki, Asiyada Amerika raketlərinin peyda olması təkcə Çin Xalq Respublikasına (ÇXR) yox, həm də Rusiya üçün təhlükə olacaq. Buna baxmayaraq, Moskva ümid edir ki, hələ hər şey sona qədər təsdiqlənməyib və vəziyyətin diplomatik yolla həlli imkanları qalır.

Hər necədirsə, həmin «güzgü cavab»ın işlənib hazırlanması prosesi tam sürətilə gedir və Putin bu barədə «Valday»da bəyan edib. Rusiya prezidenti bildirib ki, ölkəsi raket zərbəsi barədə xəbərdarlıq sisteminin yaradılması məsələsində Çinə kömək edir. Belə sistem bu gün təkcə ABŞ və Rusiyada mövcuddur, ancaq Moskva və Pekinin birgə fəaliyyəti sayəsində, tezliklə ÇXR-də də belə sistem araya gələcək. Beləliklə, Birləşmiş Ştatların özünü həyasız aparacağı təqdirdə, Rusiya sakitcə özünün müdafiəsinin ikili sərhədini yarada bilər.

Rusiya prezideni ayrıca qeyd edib ki, Moskva kimi isə qıcıqlandırmaq məqsədilə birgə fəaliyyət göstərmək niyyətində deyil və istisnasız olaraq, özünün və həmkarlarının maraqlarına istiqamətlənib. Ona görə də Rusiya Çinin müdafiə qüdrətinin yüksəlməsinə açıq şəkildə dəstək verməyə hazırdır. Rusiya liderinin sözlərinə görə, heç kim bunu gizlətmək niyyətində deyil. Belə ki, «bütün bunlar tezliklə aydın olacaq».

Ekspertlər ehtimal edirlər ki, Putin taleyüklü bəyanat səsləndirib. Nə yazıq ki, dünya KİV-ləri hələlik buna lazımınca diqqət yetirmirlər. Ancaq düşünməyə dəyərdi ki, prezidentin sözləri gerçək «informasiya bombası» oldu və çox tezliklə partlayacaq.

Hazırladı: Mirzə AĞ

AzPoitika.info

635x100

Şərhlər

ayaz 2019-10-06 11:11:39

Ekspertin deyende movzunu derc eden sora onu ekspertlerin adinda sherh edir,texribat dasiyan xarakter hansi ki, bashqa ve ya qerbe gore.Yeqin sizin bir nomreli dushmen saydiginiz Putin o qeder guclu ve alicenabdir ki,danishanda butun dovlet bashcilarina hemkar deyir, bizim dovlet bashcimiza dost deyir. Amma bu qezetde sherh yazan birisi onu tehqir edir ozu "qanmaz ve terbiyesiz" oldugu ucun bele tehqirler yazir.eger siz yazdigimi derc etmeseniz onda biliner ki, binu miri yox Mirze AG ozu yazib

miri 2019-10-06 11:11:39

mamed adı ilə yazana: Mənim yazdığım kommentlərə verilən fərdi xoş(adətən belələri çox olur və hər kəsə təşəkkür edirəm)və ya tənqidi rəylərə cavab verməyə meyilli deyiləm. Amma Sizin yazdıqlarınızı ilə əlaqədar bir neçə fikir demək istərdim. Əvvəla mən indinin özündə belə Rusiyada əmlak və iş sahibiyəm. Bütün həyat yaşamım məhz ora bağlıdır. Ordakı vəziyyəti də ilin çox hissəsini orda yaşayan biri kimi çoxlarından yaxşı bilirəm. Sonrası isə kimlərəsə simpatiya vəya antipatiya ilə qiymət verməyin tərəfdarı deyiləm. Siyasətdə isə kimin nə deməsinin əhəmiyyəti azdır. Çünki, bizim və Rusiya kimi ölkələrdə deyilən sözlər əsasən obivatəli aldatmağa yönəlib. Siyasətin əsas göstəricisi "uğur formulu" - yəni uğura istiqamətlənmiş strategiya hesab olunur. Bu məsələ məhz rejim ölkələrdə olmur. Vəssalam.

mamed 2019-10-06 11:11:39

miri ve Geber size bir agri verim Valdayda dovletimizin rehberi Ilham Eliyev Putinle dostcasina gorushu azerbaycanda,semimi gorushu ve 25 min telebe, 130 min shagirdin ve rus dilinde oxudugunu ve 339 mektebde rus dili fenni kecirildiyini dedi ve Rusiyanin dunyanin en guclu dovleti "ведущей мировой державой" adlandirdo,cox sag olsun siz kimi gerb yonumluleri yerine otuzdurdu.bunu da bilin ki, sizinkimilerin qerbi NATO su bir yerde Rusiyaya guc gele bilmezler o dovletin ve Putinin ozu herbisi cox gucludur,

Geber 2019-10-06 11:11:39

Miri ideal yazidir. Mirzə AG -da mövzunu ideal açibddir. Rusiyani qərb parisi dərviş partladan kimi 2 saata Venesuellaya çevirə bilər :- Venesuella Qərbin kinjal raketidir qərb onu hamiya Post sovet məkanina ğöstərib lakin hərəkətə keçmir . hətta 2 saat çoxdur əğər Rusiyani 2 saata , yerdə qalanlari 11 dəqiqəyə. Putin mühasirə olunmuş evdə əlində qumbara rolundadir. Qərb Napaleonun Hitlerin səhvləri preambulasindan ehtiyatlanir , ğözləyir ki hər şey özü özüdən :- davalar evin içindən başlasin.

mirige cavab 2019-10-06 11:11:39

miri, sene bildirirem ki, senin dediyin baliqci bashini dasha doyur, senin utanmazcasina yazdigin baiq yemine oxshatdigin Rusiyani hec bir seninkimilerin idtediyi "qanmaz ve uzdeniraq" dovlet tora sala bilmez,

miri 2019-10-06 11:11:39

Rusiya çoxdan "cəlbedici balıq yeminə düşən balıq" kimidir. SSRi dağılandan sonra karbohidrogen bazarını idarə edənlər qiymət artımı siyasəti ilə Rusiya kimi ixracatçıları "neft iynəsi"nə stimullaşdırmaq ilə "haziryeyən" komandasına salaraq bir zəncirdə saxladılar. "Haziryeyən" diktatorun "dünya iki qütbü olmalıdır" cagrislarindan sonra "yeni siyasi" mexanizmi işə salındı. Dunyanin idarə olunmasında hamının ümumi hesab etdiyi Allahın bəxş etdiyi sərvətlərə yox müasir elmi və əmək tutumlu məhsullar ilə hukmranliq etmək mümkünlüyü başa salinmaga çalışıldı. Özünü "qanmaz və hikkəli" aparan rejim sahiblərinin həqiqi qutrətlilik göstəricisini başa düşmək üçün neftin bazar qiymətini iki dəfə aşağı salındı. .İndi "balıqci" "qurmağa olan balıqlar"i "yormaq" siyasəti aparır. Nicat axtaran "qurmaqda olanlar" daha çox cabalayib, daha tez yorulacaq. Sonra "balıqçı" heç bir müqavimətsiz və asan ovunu ram erməni bitirəcək. Vəssalam.

Arif 2019-10-06 11:11:39

Allah V.Quluzadəni rəhmət eləsin, 30-ildir gözləyirik, gözləyə-gözləyə gözümüzə tor gəlib, görəsən kor olandan sonra neçə il gözləməliyik, hind filimlərdəki kimi, ingilis gəlib kor olmuş gözümüzü açar, torpağlarımızı qaytarar, hələ üstəlik qonşu dövlətlərdən bizə pay torpağ verəcək, əfsuslar olsunki, hələdə dar düşüncəyə üstünlük veririk.Allah göstərməsin, kiçik bir alovdan yaşadığımız yer üzündə heç bir canlı qalmayacaq, yəni arzuladığımız hər hansı bir qalib olmayacaq, dünya həddindən artıq silahlanıb.

Son yazılar