«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) daxili işlər naziri Horst Zeehofer xəbərdarlıq edib ki, Avropa İttifaqını (Aİ) yeni qaçqın dalğası təhdid edir və budəfəki dalğa 2015-ci ildəkindən daha böyük ola bilər. Bu barədə «Frankfurter Allgemeine» nəşri xəbər verib.
Bununla əlaqədar olaraq, Zeehofer Brüsseli həmkar ölkələrə, xüsusilə də qaçqınların qəbulunda hamıdan çox çalışan Türkiyəyə daha artıq kömək göstərməyə çağırıb.
Yunanıstan adalarında miqrantların artan sayına görə, Almaniyanın DİN başçısı Zeehofer xəbərlarlıqla çıxış edib. «Biz, avropalı həmkarlarımıza Aİ-nın xarici sərhədlərinə nəzarət məsələsində böyük kömək göstərməliyik. Əgər biz bunu etməsək, orada 2015-ci ildəki ilə müşayisə olunacaq qaçqın dalğası ilə toqquşmalar gözlənilir – ehtimal var ki, budəfəki dalğa hətta ondan da miqyaslı ola bilər» - deyə, nəşr nazirdən sitat gətirir.
Bundan başqa, Zeehofer Aİ ölkələrini Türkiyəyə kömək göstərməyə çağırıb. Alman nazirin sözlərinə görə, «qaçqınların qəbulu sahəsində Türkiyənin töhfəsi çox yüksəkdir», ona görə də Ankara ilə daha fəal əməkdaşlıq edilməlidir.
Nəşrin qeyd etdiyi kimi, Zeehofer Brüsselin qaçqınlar üzrə Türkiyəyə vəd etdiyi məbləğin (6 milyard avro) artırılması məsələsinə konkret aydınlıq gətirməyib. O, qeyd edib ki, bu məsələ üzrə ümumavropa danışıqları aparılacaq və təkbaşına belə qərarı qəbul edə bilməz.
Nəşir xatırladır ki, ötən həftə ərzində Zeehofer Türkiyə və Yunanıstana səfər edib və orada hökumət nümayəndələri ilə danışıqlar aparıb. Alman nazir öz həmkarlarını inandırıb ki, ölkəsi qaçqınların qəbulu və sərhədlərin mühafizəsi sahəsində Afina və Ankaranı dəstəkləyəcək.


Şərhlər