Menu

Rəsul Quliyevin ittihamları davam edir

25.10.2013, 23:45
Rəsul Quliyevin ittihamları davam edir

Eks-spiker Rəsul Quliyev Facebook-da Milli Şuraya qarşı yönələn növbəti status yazıb. Musavat.com-un məlumatına görə, Rəsul Quliyev bildirib ki, Milli Şuranın səhv siyasəti İlham Əliyevin hakimiyyətini legitimləşdirib:

"Təəssüf ki, bu proqnoz düz çıxdı. Dünənki yazımda Əliyev siyasətində dəyişiklik edir təəssüf ki MŞ-nın üzvüləri bunu anlamır (ona görə anlamırlar ki, öz yazılarından başqa heç nə oxumurlar,öz səslərindən başqa heç kimin səsini eşitmək istəmirlər) çox tezliklə özünü biruzə verəcək. Ümumi korrupsiya və rüşvətin birbaşa vətəndaşlara aid olan hissəsi 10 faizdən yuxarı deyil. Yerdə qalan 90 faizi bilavasitə xalqla əlaqədardır. Yeni siyasət həmin 10 faizi bur neçə dəfə azaltmağa yönəldilib və bu camaat tərəfindən müsbət qarşılanacaq. Hökümətin məqsədi demokratiya qurmaq və ya korrupsiya ,rüşvəti məhv etmək deyil, sadəcə olaraq uzun illərə indiki pozisiyasını daha da gücləndirməkdir. Onlar effekt verəcək bu addımları atmağa hazırlaşırlar. Mənim MŞ-ya təklifim indikindən də ağır məğlubiyyətə istər könüllü, istərsə də vəziyyəti anlamadam düşməmək, gedəcək proseslərin qarşısını almaq üçün planın, proqramın hazırlanmasına təcili başlamaq təklifi idi. MŞ Cəmil müəllimi sədr, R.İbrahimbəyovu fəxri sədr seçmək, məni üzvülükdən azad etmək məsələsinin bu gün Azərbaycan üçün daha önəmli məsələ olduğunu nəzərə alraq onları müzakirəyə başladı.

Dərindən heç nəyi analiz etməyən və ya etməyi bacarmayan bəzi MŞ liderləri kimlərinsə vasitəsilə guya mənim bu rejimi dəstəklədiyim barədə rəvayətlər uydururlar həmişəki kimi.Əslində isə apardıqları siyasət bundan sonra rejimi qat qat güclənməsinə gətirib çıxaracaq.

2-ci bir məsələyədə münasibətimi bildirmək istəyirəm. MŞ-da çoxsaylı hüquqşunaslar oturub. Əgər MŞ üzvü könüllü üzvülükdən imtina edib, istefa veribsə necə bu məsələ müzakirə edilə və qərar çıxarıla bilər,bu absurddur. MŞ sadəcə olaraq istefalardan sonra sayının nə qədər qaldığını qeyd edə bilər vəssəlam. İstefa verən barədə MŞ-dan filankəsi çıxartdıq demək, yazmaq ayıbdır,heç olmazsa elementar qayda qanunlara əməl etməyi özünüzə aşılamağa cəhd edin".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol