Menu

Avropa İttifaqından Azərbaycana 13 milyon avroluq dəstək

11.10.2019, 10:57
Avropa İttifaqından Azərbaycana 13 milyon avroluq dəstək

Avropa İttifaqı Lənkəran rayonunda aqrar-sənaye komplekslərinin inkişafına maliyyə dəstəyi verməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos Bakıda keçirilən "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrdə məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə 13 milyon avro ayrılacaq.

Şərhlər

dadaşyev 2019-10-11 10:57:22

Əşi o boyda Avropa İttifaqının ayırdığı pula bax.13 milyona bizdə yekəəəə villa tikirlər,divarları da Çin səddi boyda.İşdi şayəd bir az qalsa ona da Ferraridən-zaddan ki,ayağını yerdən götürsün.Nə aqrar,nə sənaye,nə kompleks a kişi?Neftimiz,qazımız bol olsun.Ağamusa Nağıyev demiş,atam-atam,mən mis mədənləriynən,kömür şaxtalarıynan-zaddan oynayammaram,mənimki neftdü,fontandu,atam-atam,pul gərək fontannan gəlsün gələndə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol