TÜRKİYƏ-RUSİYA DOSTLUĞU SINAĞA ÇƏKİLİR – “Bu əməliyyat təkcə «kartları qarışdırmayıb», həm də…”

Rusiya-Türkiyə münasibətlərinin qədim tarixi var və ötən müddətdə yüksəliş və enmələr baş verib, son vaxtlar isə onların dostluğu qarşılıqlı-faydalı və möhkəm olub. Ancaq ekspertlərin fikrincə, indi Türkiyənin Suriyada hərbi əməliyyat keçirdiyi bir vaxtda, Moskva və Ankaranın dostluğunu təlatümlər və möhkəmliyə sınaqlar gözləyir.

«Le Fiqaro» nəşrinin müxbiri İzabel Lasserin yazdığına görə, Türkiyənin Suriyada keçirdiyi əməliyyat bölgədə təkcə «kartları qarışdırmayıb», həm də Rusiya-Türkiyə münasibətlərini sınağa çəkib.

Moskva və Ankara fərqli dövrlər yaşayıblar: belə ki, 2015-ci ildə çoxları hətta ehtiyat edirdilər ki, onların arasında hərbi münaqişə alovlanacaq. Amma az vaxtdan sonra onların arasında dostluq münasibətləri bərpa olunaraq, beynəlxalq siyasi səhnənin fərqləndirici nümunəsinə çevrilib.

Bunun səbəbləri var. Qərbə yönəlik münasiətlərini nəzərə alsaq, onlar bir-birlərini əla başa düşürlər. İkisi də geosiyasi tarazlığın əvəzinə, inkişaf etməkdə olan ölkələrin mövqeyinin möhkəmlənməsinə ümid edirlər.

«Ərdoğanın və Rutinin eyni liderlik stili var. Onlar Qərbə qarşı duran iki güclü adamlardır - müstəqil şəkildə hərəkət edirlər və öz ölkələrinin gələcəyini fikirləşirlər. Onlar bir-birini başa düşürlər» - deyə, nəşr londonlu politoloqun fikrindən sitat gətirir.

Türkiyədə 2015-ci ildə baş vermiş çevrilişə cəhd onların dostluğunu daha da möhkəmləndirdi. Ərdoğan əmindir ki, ABŞ bu cəhddən xəbərdar olub. Avropa İttifaqı (Aİ) isə o zaman məsələyə lazımi «üzrxahlıq» reaksiyası vermədi. Putin isə əksinə, dərhal Ərdoğanı dəstəklədi.

Qiyamdan sonra Ərdoğanın avtoritarizmə meyllənməsi bu ölkələri daha da yaxınlaşdırdı və Qərbən bir qədər də uzaqlaşdırdı. Hər iki lider mövcud dünya düzənini tənqid edir. Ərdoğan Türkiyəni təkcə bölgəsel yox, həm də qlobal gücə çevirməyə çalışır. Məhz Suriyanın və Rusiya ilə müttəfiqliyin sayəsində Türkiyə indi dünya səhnəsində diqqət çəkməyə başlayıb.

Moskva isə bundan o faydanı gözləyir ki, Türkiyəni ABŞ-ın orbitindən kənarlaşdırsın. S-400 sistemlərinin Türkiyəyə göndərilməsi imkan verdi ki, o, NATO daxilində «yer alsın». Bundan da alyans zəifləsin.

Məqalə müəllifi qeyd edir ki, Rusiya-Türkiyə münasibətlərinin zəif tərəfləri də var. Belə ki, Krım məsələsinə, Bəşər Əsədin gələcəyinə, Balkan və Qafqaza yönəlik onların fikirləri haçalanır. Türkiyə Qərbdən üz çevirməyəcək - onunla sıx bağlıdır. Ankara təhlükəsiliyinin təmini məsələsində NATO-ya ümid bəsləyir və miqrasiya dalğalarının tənzimlənməsi məsələsində Avropa Türkiyəyə lazımdır.

Mümkündür ki, Türkiyə günlərin birində NATO ilə Rusiya arasında seçim etməli olsun. Məqalə müəllifi sual verir: Türkiyə hansı dərəcədə NATO-nun tələbləri ilə hesablaşmaya bilər - məsələn, elə həmin S-400 kompleksinə yönəlik?

Müəllif qeyd edir ki, bu baxımdan, Türkiyənin Suriyada başladığı əməliyyat onun Rusiya ilə münasibətləri üçün bir sınaq olacaq. Qərblə kürdlərin müttəfiqlik münasibətləri artıq Ərdoğanla Putinin yaxınlaşmasına öz təsiri göstərib. Ancaq eyni zamanda, Kreml Ankaranı Suriyadakı dinc tənzimləmə prosesinə mane olmamağa çağırır.

Bu gün Rusiya Suriyada kürdlər də daxil, münaqişənin bütün tərəfləri arasında vasitəçi rolunda çıxış edir. Son məlumatlara görə, artıq Rusiya Əsəd rejimi ilə kürdləri «barışdırıb» - aydınır ki, bu «barışıq» Türkiyəyə qarşı istiqamətlənib. Ona görə də məqalə müəllifi bu qənaətə gəlir ki, Moskva və Ankara arasında münasibətləri təlatümlər gözləyir.

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Dereleyeze 2019-10-15 20:43:01

Dereleyez tarixi yaxshi oxu agzina geleni yazma. Iraqi ve livyani savadli oglan, Amerika dagitdi Saddami edam eletdirdi, Kaddafini oldurtdu, savadini artir bashqa dovletleri gunahlandirma, bezi oxuyuculari da cashdirma, bir az savadli ol

Cəmşid Dərələyəzli 2019-10-15 20:43:01

Keçən günkü bu xəbərdə diqqət çəkicidir."Əsəd Menbiçi tam ələ keçirdi: Rusiya təsdiqlədi " Bu söyləntini, zamanında Rusiya erməni Qarabağı tam aldı kimi də demişdi. Budur məkir. Üzdə "dost" olacaqsan, əl sıxışacaqsan, arxadan da erməni və Əsədi qabağa verib, öz maraqlarını və siyasətini təmin edəcəksən, məlumatı da onların adındfan sen vereceksen. İndi O Esedi Türküye Menbiçde vuranda görək altından kim çıxacaq. Rusiya ne edir öz maraqları namine edir. Bu da təbiidir. Ona görə də Rusiyadan heç bir millete, devlete dost olmayıb və olmayacaq da. Rusiyanı daima bir maqağı olub, o da kendi marağı. Ona görə də bu ölkə ilə əməkdaşlıq et, əl sıxış, amma güvənmə. Tarixdə elə bir dövlət olmayıb ki, Rusiya ona dostum deyib, sonda onu ağlar günə qoymasın.Məsələ yaxın tariximizdəki İraq və Liviya kimi. Day bizləri, yəni əksəriyyət MDAB respublikalarını saldığı zəlil durumu da demirəm.Lakin bu Türkler üçün keçerli olamaz. Bunu Putinin özü də gözəl bilir..

dadaşyev 2019-10-15 20:43:01

davamı;Bu uğurlu əməliyyatıyla Türkiyə ABŞ-a göstərir ki,siz hansı qüdrətli ölkəni itirməkdəsiniz,eyni zamanda Rusiyaya göstərir ki,siz hansı qüdrətli ölkəni qazanmaqdasınız.Məhz buna görə Türkiyə sonuna qədər qalibiyyətlə getməlidir.Məncə işlər 29 oktyabrda,Türkiyənin böyük milli bayramında başa çatmalıdır.Atatürkün xatirəsinə.Türkiyə-Rusiya dostluğu bütün Asiyanın taleyini dəyişəcək gücdədir.Mehmetciyə yoldaş dadaşyevdən salamlar olsun!

dadaşyev 2019-10-15 20:43:01

Əsədlə PKK-nın razılığı təbii ki Moskva tərəfindəndir,çünki heç bir ölkə gözləmirdi ki Türkiyə belə rahatlıqla məntəqələri azad edər.Türkiyənin 30 km-i aşmaması üçün Moskva ehtiyat tədbiri görüb.Amma Moskva Türkiyədən o qədər də rahat deyil,necə olsa da o hələ ki NATO-dadır.Amma sabah,obirigün Türkiyə NATO-dan çıxıb Avrasiya İttifaqına girərsə Moskvaya Əsəd lazım olacaqmı,yoxsa Ərdoğan?Nəzərə alsaq ki,hələ Pyotrun vaxtından Rusiyanın əsas başağrısı cənub sərhədləri olub sualın cavabı aydındır.Güclü Türkiyə!

Son yazılar