Menu

“YPG Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib" - Ərdoğan

18.10.2019, 19:01
“YPG Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib" - Ərdoğan

“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib".

APA-nın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi media nümayəndələri ilə görüşündə deyib.

Türkiyə Prezidenti bildirib ki, 750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub.

Tel Abyad və Rasulaynın terrorçulardan təmizləndiyini vurğulayan Ərdoğanın sözlərinə görə, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən geri çəkilməsinə ABŞ məsuliyyət daşıyır.

“Həyatımız boyu terror təşkilatları ilə mübarizə aparacaq halımız yoxdur. Suriya rejimi də terror təşkilatları ilə mübarizə aparmalıdır”, - deyə Ərdoğan qeyd edib.

O, Suriyanın şimalında 12 müşahidə məntəqəsinin qurulacağını da açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol