Menu

Tarixdə ilk dəfə iki qadın kosmonavt açıq fəzaya çıxıb

19.10.2019, 09:03
Tarixdə ilk dəfə iki qadın kosmonavt açıq fəzaya çıxıb

Tarixdə ilk dəfə iki qadın - ABŞ kosmonavtları Kristina Kuk və Cessika Meir cümə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq fəzaya çıxıb.

APA “interfax”a istinadla xəbər verir ki, bu barədə NASA-nın yaydığı məlumatda bildirilib.

Qadın kosmonavtlar stansiyanın istismarını başa vurmuş detallarını – günəş batareyalarını dəyişəcəklər. Əməliyyatın ən azı 6 saat yarım davam edəcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən batareyaların istismar müddəti 10 ildir.

Xatırladaq ki, kosmosda yerləşdirilmiş BKS-da NASA-nın müxtəlif millətlərdən olan kosmonavtları növbəli şəkildə tədqiqatlar aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol