Menu

Meksika körfəzində “Nestor” tropik fırtınası meydana gəlib

19.10.2019, 09:22
Meksika körfəzində “Nestor” tropik fırtınası meydana gəlib

ABŞ Milli Qasırğa Mərkəzinin yaydığı məlumata görə, Meksika körfəzində “Nestor” adlandırılan tropik fırtına meydana gəlib və şimal-şərqə doğru irəliləyir.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, sinoptiklər küləyin maksimal sürətinin saatda 96,5 kilometrə çatdığını bildirib.

Mütəxəssislərin fikrincə, fırtına sutka ərzində Körfəzin şimal sahilinə yaxınlaşacaq. Təbiət hadisəsinin ABŞ-ın şimal-şərq sahillərinə də təsirsiz ötüşməyəcəyi açıqlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol