Menu

Rusiya müxalifəti Ukraynanın müdafiəsinə qalxdı - Foto

22.09.2014, 08:47
Rusiya müxalifəti Ukraynanın müdafiəsinə qalxdı - Foto

Paytaxt Moskvada baş tutan aksiyaya minlərlə insan qatılıb

Rusiyada müxalifət tərəfdaları Ukraynada törədilən zorakılıqlara qarşı etiraz aksiyası keçiriblər. Paytaxt Moskvada baş tutan aksiyaya minlərlə insan qatılıb. Aksiyaçılar şəhərin mərkəzi küçələrindən birində “Ukraynada müharibəyə yox” , “Qardaşlarımıza güllə atmayın”, “Putin müharibə və yalanlarına son qoy” şüarları ilə yürüş ediblər. Aksiya “Ədalətli Rusiya” və “Başqa Rusiya” partiyasının təşəbbüsü ilə baş tutub.

“Biz Ukraynada aparılan müharibə də daxil olmaqla istənilən müharibəyə qarşıyıq. Düşünürük ki, insanlar istənilən problemi danışaraq həll etməlidirlər. Bizə sülh və azadlıq lazımdır. Rusiyada azadlıq, Kiyevdə sülh istəyirik” - deyə Başqa Rusiya partiyasının üzvü İrina Xakamada sözlərini qeyd edib.

Ədalətli Rusiya partiyasının üzvü Dmitri Qudkov yürüşü, eyni zamanda, Rusiyanın Avropa seçimi üçün bir aksiya adlandırıb.

Ukraynanın şərq hissəsində Rusiyadan dəstək alan separatçılar qruplar aprel ayından etibarən hökumət qüvvələri ilə döyüşlərə başlayıblar. BMT rəsmilərinin məlumatına görə, döyüşlər zamanı indiyə qədər 3 mindən çox insan ölüb. /Associated Press

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol