Menu

Zaqatalada evdən 25 min manat oğurlanıb

26.10.2019, 19:33
Zaqatalada evdən 25 min manat oğurlanıb

Zaqatalada evdən küllü miqdarda pul oğurlanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Faldar kəndində baş verib. Naməlum şəxs və ya şəxslər ötən gün kənd sakini Ramal Cəlal oğlu Camalovun evindən 25 min manat pul oğurlayıb. Ev sahibi hadisə ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə müraciət edib. Hadisə zamanı evdə heç kim olmayıb.

Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol