Menu

"Əbu Bəkr əl-Bağdadinin öldürülməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir" - Ərdoğan

27.10.2019, 21:57
"Əbu Bəkr əl-Bağdadinin öldürülməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir" - Ərdoğan

İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir. Türkiyə bu mübarizəyə töhfə verməkdə davam edir."Report" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter"dəki səhifəsində yazıb.

"İŞİD terror qruplaşmasın rəhbərinin zərərsizləşdirilməsi müttəfiqlərimizlə terrora qarşı ortaq mübarizəmizdə önəmli dönüş nöqtəsi olub. Türkiyə bundan əvvəl olduğu kimi, bundan sonra da terrora qarşı kəskin mübarizə aparmaqda davam edəcək", - deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə İŞİD, PKK/YPG və terror qruplaşmaları ilə mübarizəyə daha çox töhvə verib. Terrorizmə qarşı mübarizə müttəfiqlik ruhuna uyğun, qətiyyətli mübarizə aparılsa, bəşəriyyət asayiş içində olacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İŞİD liderinin zərərsizləşdirildiyini xəbər verib. O, terror qruplaşmasına qarşı mübarizəyə verdiyi töhfəyə görə Türkiyəyə və digər ölkələrə minnətdarlıq edib.

Şərhlər

Cəmşid Dərələyəzli 2019-10-27 21:57:11

Fark etməz. ABD Belladini yetişdirdi ona tapşırılanı yerinə yetirdidikdən sonra öldürdü, sonra da Bağdadini icad etdi. İndi də onu öldürüb (əgər öldürdüsə), yerinə Məzlumu gətirdi. Gün gələcək Məzlumu da yaloba kağızı kimi silib atacaq.Sadəcə bütün bu oyunlarda uduzan gerizekalı müsəlmanlardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol