Menu

Azərbaycanda “Marja ticarətinə dair Qaydalar” qüvvəyə minib

28.10.2019, 12:13
Azərbaycanda “Marja ticarətinə dair Qaydalar” qüvvəyə minib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Marja ticarətinə dair Qaydalar”ı təsdiq edib.

“İnterfaks-Azərbaycan”a maliyyə bazarındakı mənbənin verdiyi məlumata görə, bu qaydalar 2019-cu il oktyabrın 5-dən qüvvəyə minib.

Qayadalar investsiya şirkətləri üçün marja ticarətinə dair tələbləri nəzərdə tutur. Xüsusilə, bu növ əməliyyatlarla məşğul olan investsiya şirkətlərinin əmkdaşları müvafiq sertifikatlaşdırmadan keçməlidirlər. Ümumlikdə, Palata tərəfindən marja ticarəti həyata keçirən investisiya şirkətlərinə 12 tələb irəli sürülür.

Şərtlərə əsasən, ticarətə qəbul olunan qiymətli kağızların sayı 10 mindən az olmamalıdır.

Eyni zamanda, qaydalara əsasən, marja ticarəti vasitəsilə repo əməliyyatları həyata keçirilə bilməz.

O cümlədən, qaydalar marja əməliyyatları zamanı hesabatlıq, müştərilərin məlumatlandırılması, riskin qiymətləndirilməsi, həmçinin bu cür əməliyyatlara digər bir sıra tələbləri müəyyən edir.

Şərhlər

Camal Mustafayev 2019-10-28 12:13:02

Yaxşı olardı ki, əvvəlcə marja ticarəti və repo əməliyyatlarının nə olduğu barədə məlumat veriləydi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol