Bakıda günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətə olması istisna edilmir”.
Bu barədə “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması bütün avtobuslarda kart sisteminə keçid tətbiq edildikdən sonra reallaşa bilər: “Bütün avtobusların kart sisteminə keçidi bu ilin sonuna tamamlanacaq".
M.Ağayev qeyd edib ki, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması hələlik fikir olaraq qalır.


Şərhlər
metro karta 20 qəpik yükləyirsən 10 qəpik yüklənir. 10 qəpiyi yeyir.buna nəzarət edin.
Fərqli qiymət deyəndə, yəni gediş haqqının qaldırılması,bir muddət sonra bu fərqi ləgv etmək.Kim inanar ki, fərqli qiymət deyəndə qeyri-pik saatlarında qiymətlərin uculması başa duşulə bilər.
BNA dövləti və vətanşları talamaqdan doymur. niyə avropa ölkələri kimi saatlıq, həftəlik və illik gediş haqqı kartlartı tətbiq edilmir? sərf etmir! orta hesabla ən bahalı avropa ölkələrində illik kartla günlük 1 avrodan da az məbləğə gün ərzində istənilən ictimai nəqliyyata məhdudiyyətsiz minmək mümkündür. cibinz dolmur gözünüz doysun... taldığınız vəsait haramınız olsun
Deyəsən millətin başına Bəla Nəqliyyat Agentliyi yuxusunda nəsə tapıb yenə.A bala,pik saatı deyə rəsmi bir saat yoxdu.Nə vaxt camaatın işə getdiyi və işdən çıxdığı vaxtlar rəsmi olaraq pik saatı elan edilər o zaman özünüzdən nəsə oyun çıxara bilərsiniz.Amma misalçün,saat 6-dan 7-yə kimi pik saatıdı deyə qiyməti qaldırdınız,amma o bir saatda işin tərsliyindən pik deyə bir şey olmadı.Onda damı qalxacaq qiymət,baxmayaraq ki pik yoxdu?Və pik olmsaı nə qədər insan sayıyla bəlli olacaq və onu kim hesablayacaq?