Menu

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

01.11.2019, 19:40
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Nurlan Osmanov Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasındakı keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq İsrail, Türkiyə, Gürcüstan və İtaliya təmsilçilərinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda qarşılaşmada Rusiya idmançısı Murad Çopanova məğlub olub.

Bu gün mübarizəyə qoşulan Elçin Hüseynov (66 kq), Balabay Ağayev və Rəşad Yelkiyev (hər ikisi 60 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 3-də yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol