Menu

Abşeronda avtomobil aşıb - Ölən var

01.11.2019, 21:24
Abşeronda avtomobil aşıb - Ölən var

Abşeronda avtomobil çuxura düşərək aşıb, sürücü həlak olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba magistralının Saray qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Fiat" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ağır xəsarətlər alıb. O, hadisə yerindəcə dünyasını dəyişib. Hazırda sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol