“Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri seçilməyim doğrudur”.
Bu sözləri "yenisabah"a Xaçmaz rayonunun bu günlərdə istefa verən 81 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev deyib. O, Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri seçilməsi haqda danışarkən yeni vəzifəsinin öhdəsindən layiqincə gələcəyini bildirib. “Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradanda mən onun yanında olmuşam. Bu partiya mənə doğmadır və mən əlbəttə ki, etimadı doğrultmağa çalışacağam”, deyə Şəmsəddin Xanbabayev əlavə edib.
Keçmiş icra başçısı həmçinin ölkə rəhbərliyinə onu işsiz qoymadığı üçün təşçəkkür edib: “Sağ olsunlar, xidmətlərimi nəzərə alıb mənib işsiz qoymadılar. İşimə yüksək qiymət verildiyinə cənab Prezidentə təşəkkür edirəm. Gördüyümüz işlərə qiymət verməklə bizi bir qədər də cavanlaşdırdı, boynumuza böyük məsuliyyət qoydu. Belə də olmalıdır.Yeni vəzifəmi camaat da yaxşı qarşıladı. Yəqin ki, burda da öz xeyrimi verəcəm”.


Şərhlər
Xaçmazdan bir Gənc YAP-çı tapılmadı?
Sevincinin həddi hüdudu yoxdu.Əslinə qalsa qınamalı deyil bizim kreslosevər qocaları.On illərlə vəzifədə olanda camaata elə yuxarıdan aşağı baxırlar ki,işdən çıxarılanda dəhşətə gəlirlər ki,indi yolda irizdə,qonum-qonşuda kim üzümə baxacaq,salamımı kim alacaq?Çayxanaya girəndə hamı üzünü yan tutacaq.Çayı içib çaypulunu verməyib qaçacaqlar ki,səndə çoxdu,doludu küplərin ağzınacan.Nərdoynayanlar deyəcək,gözləmə,30 tas oynayasıyıq.Ona görə də Əliqulu Baloğlanoviç demiş,öləndə də gərək əlləri telefonda olsun.
Anlayammadıq.İstefa verəndə dedin ki,könüllü istefa verdim.Amma ərizənin çernili qurumamış iş tapdığına bunca sevincindən bəlli etdin ki,işsiz qalacağından qorxurmuşsan.A kişi,işsiz qalacağından qorxan adam da könüllü istefa verərmi?Heç olmasa yalandan da olsa de ki,artıq özümü pensioner həyatına kökləmişdim,heç gözləmədən iş təklifi aldım.Belə deyəydin ki,istefanın könüllü olduğuna inanaydıq.Yoxsa könüllü istefa nədir,"sağ olsunlar,məni işsiz qoymadılar" nə?Bəs gənclərə yol vermək-filan.Noldu o işin axırı?
Buda 50 il vəzifədə işləyəndən sonra iş tapanda sevinirsə onda kül bizim başımıza
Temiz adam beledir de... hemde Bu adam aldigi pulu ozune goturmur kasiblara verir. Bunu onun sifetindende gore bilersiniz :)
81 yaşl icra başçısı(ölkədə kadr qıtlığıdır?) işsiz qalmır. Çünki, əməllərinin üstünü açmaq istəyən ,bir də mənimsədiklərini, özününküləşdirdiklərini araşdırmaq istəyənə yoxdur.Ona görə İstəmirlər ki, talançılığın,rüşvətin,büdcə yeyintiləri üzə çıxacaq
81 yaşlı adam niyə pensiya ilə yaşamamalı,gənclərin yolunu açmamalıdır? Hələ bir pensiyasının miqdarına diqqət edin!