Menu

Türkdilli dövlətlər birgə hərbi təlimlər keçirə bilər

05.11.2019, 15:11
Türkdilli dövlətlər birgə hərbi təlimlər keçirə bilər

Türkdilli dövlətlərin birgə hərbi təlimləri keçirilə bilər. "Report" xəbər verir ki, bu məsələ noyabrın 5-də Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə olunub.

İki ölkənin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol