Bəzi qida məhsulları isidilmiş vəziyyətdə onkoloji xəstəliklərə yol aça bilər. Bu barədə təbabət sahəsinin mütəxəssisləri həyəcan təbili çalırlar.
«Jiteyskiye istorii» portalının məlumatına görə, zülali qida məhsullarının - yumurtanın, ətin və göbələyin təkrar termiki emalı yolverilməzdir.
Bundan başqa, isidilmiş omlet və yumurta qızartması özünün faydalı xassələrini tamamilə itirir - bu zaman onların tərkibində xeyli kanserogen və toksiki maddələr əmələ gəlir.
Təkrar bişirilmiş ət də orqanizm tərəfindən pis həzm olunur - proses zamanı onun tərkibində asan həzm oluna bilən zülallar dağılır.
Bütün bunlardan əlavə, isidilmiş göbələk demək olar, həzm sisteminin zəmanətli problemlərinə səbəb ola bilir.
AzPolitika.info


Şərhlər