Menu

Zaqatalada restoran 8 ay ərzində ikinci dəfə yanıb

10.11.2019, 14:38
Zaqatalada restoran 8 ay ərzində ikinci dəfə yanıb

Zaqatalada yanğın hadisəsi baş verib."Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bugün səhər saatlarında şəhərin "Köhnə Avtovağzal" adlanan ərazisində Ayna Əhməd qızı Əliyevaya məxsus "Görüş" restoranında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndurən texnikası və canlı qüvvəsı cəlb olunub.

Yanğın zamanı restoranın bir hissəsi yanıb.

Qeyd edək ki, "Görüş"kafesi bu ilin mart ayında da yanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

dadaşyev 2019-11-10 14:38:18

Yeyib yandırıblar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol