"QƏDİM DÖVRLƏRDƏ PARLAMENTƏ 70 YAŞDAN YUXARI OLANLARI SEÇİRDİLƏR..." - 74 yaşı var, yenə deputat olmaq istəyir

“Parlamentə təcrübəli adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar. Xalqın, seçicinin iradəsinə müdaxilə ola bilməz”.  

Bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) və son üç çağırış Milli Məclisin (MM) üzvü olan 74 yaşlı millət vəkili, Tibb Universitetinin (ATU) prorektoru Rafiq Məmmədhəsənov son kadr təyinatları ilə bağlı bəzi media orqanlarında və sosial şəbəklərdə 60-70 yaşlardan yuxarı olan deputatların da hədəf seçilməsinə, kəskin etirazlara məruz qalmasına münasibətini bildirərkən deyib.

O daha sonra deyib: “Yaşlılıq məsələsinə gəlincə, qeyd etməliyəm ki, əgər insanın əqli yerindədirsə, əmək qabiliyyəti varsa, fiziki imkanları çatırsa, niyə də seçilməsin ki?! Bəli, deputatlıqla bağlı aşağı yaş həddi var-18 yaş, amma yuxarı yaş həddi-məhdudiyyəti yoxdur. Bu, özü də təkcə bizdə deyil, dünyanın hər bir yerində belədir.

Deputatlarla bağlı yaş məhdudiyyəti, qadağası yoxdur. Əgər təcrübəlidir, savadlıdır, əqli-fiziki imkanları yerindədir, daha yaxşı, qoy seçilsin də?!

Keçmiş-qədim dövrlərdə Yunanıstanda parlamentə deputatlar 70 yaşdan yuxarı olan seçilirdilər. Yaşlı insanlara üstünlük verilirdi. Məqsəd də o idi ki, seçilmiş insanlar müdrik insanlar olsunlar, ağıllı qərarlar vermək gücündə, qabiliyyətində olsunlar”.

“Eyni zamanda, məsələn, el arasında-iki qonşu arasında dava düşür, onları barışdırmaq üçün cavan adamı aparırlar, yoxsa ağsaqqal insanı? Hər zaman məhz ağsaqqalı aparırlar-ona üstünlük verirlər.

Çünki ağsaqqallar müdrikdirlər, həyat təcrübələri, geniş dünyagörüşləri var, nüfuzları çoxdur, məsələni tez həll edə-yoluna qoya bilirlər. Bu baxımdan, parlamentə də təcrübəli, müdrik adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar.

Burada yaşlı-cavan söhbəti olmamılıdır, burada daha çox qabiliyyət, təcrübə, dünyagörüşü, müdriklik söhbəti olmalıdır. Elə ona görə də, bilərəkdən deputatlıqla bağlı yuxarı yaş həddi və neçə dəfə seçilə bilməklə əlaqədar məhdudiyyət qoyulmayıb.

Kim xalqın, seçicinin etimadını doğruldursa, əqli-fiziki imkanları yerindədirsə, yenidən niyə namizəd olmasın və yenidən niyə deputat seçilməsin?! Mənim mövqeyim budur və seçim xalqındır…”- deyə, millət vəkili bildirib.

“Növbəti-4-cü dəfə deputatlığa namizəd olmaq istərdinizmi” sualına çavabında isə R. Məmmədhəsənov “Partiya məsləhət görərsə, namizədliyim irəli sürüləcək, məsləhət bilməsə, yox. Bunu da indidən demək olmaz. Çünki hələ seçkilərə vaxt var”,- deyə Rafiq Məmmədhəsənov vurğulayıb.

635x100

Şərhlər

Oxucu 2019-11-22 14:01:08

Ged işinlə məşğul ol ay qoca

dadaşyev 2019-11-17 12:04:24

Yaşar Nuriyev sovet vaxtındakı "Yollar görüşəndə" tamaşasında deyib ki,"Qədim Yunanıstanda keçilər və keçiciklər bütün bitki aləmini yeyib yox eliyiblər".

t.ədalət 2019-11-17 12:04:24

Keçmişdə Rusiyada boyarlar tumanlarını isladana qədər veçelərdə iştirak edirdilər.Bizdə də Rusiyaya casusluq edənləri ölənə kimi parlamentdə saxlayacaqlar.

Mushfiq 2019-11-17 12:04:24

Duz deyir kishi axsaqqalara qulaq asa asa millet ... Bu niye deputat olmasim Mister Trapla eyni yashdadi. buna Melaniya kimi hele bir xanimda lazimdir. Goresen bu hekim deputat haradan bilir ki, gedim yunanistanda deputatlarin yashi 70-den chox idi. Onlarin orta yashi hec 30-40 yash olmayib.

dadaşyev 2019-11-17 12:04:24

davamı;O zaman İskəndərin 22 yaşı vardı.3 böyük savaşla Əhəməniləri məğlub edir,Misirdən Hindistana qədər o ucsuz-bucaqsız torpaqları heyrətamiz qəhrəmanlıqla fəth edir və o zamankı dünyanın yarıdan çoxunu öz xalqının idarəsinə verib 33 yaşında dünyadan köçür.Yəni dediyin o "müdrik" qocaların yüz illərlə görə bilmədiyi işi 16 yaşında taxta çıxmış bir yeniyetmə öz ağlı və cəsarəti hesabına cəmisi 15-16 il içində yerinə yetirir.Sübut edir ki,ağıl yaşda yox,başda olur,başda.Cavanlıqla,qocalıqla ölçülməz ağıl.

dadaşyev 2019-11-17 12:04:24

davamı;Bunları sevimli şagirdi Platon deyir.Səsvermədən qabaq Sokrat Məclisə baxıb gülür ki,ay bədbəxt cahil yaltaqlar,təbii ki məni öldürəcəksiniz,çünki sizlərin xalq üçün bir daşı daş üstünə qoymadan cah-cəlal içində yaşamağınıza mane oluram.Amma zərəri siz görəcəksiniz,çünki siz yatmış atlarsınız,mən isə sizin kimi yatmış atların arasına yüz ildə bir gələn atmilçəyi,sancmasam oyanmazsınız.Məni öldürsəniz sizi bir də yüz il sancan olmayacaq və yenə yüz il yatacaqsınız,millət də sizinlə birlikdə yatacaq.

dadaşyev 2019-11-17 12:04:24

davamı;Və dediyin o qoca deputatların Sokratı öldürməsindən heç 70 il keçmir,Yunanıstanın tabeliyində olan balaca Makedoniyadan Böyük İskəndər çıxır,qocaların yatırtdığı yunan şəhərlərindən tufan kimi keçib bütün Yunanıstanı özünə tabe edir,Məclisi də dağıdır və o zamanın bir tək qüdrətli imperiyası olan Əhəmənilərə qarşı hücuma keçir.Vəzifələrini itirmiş qocalar İskəndərə lağ edirdilər ki,gör kiminlə vuruşa gedir balaca Makedojiya çarı,hər il bac-xərac verdiyimiz imperiya ilə,gəlib bizi məhv edəcəklər.

Veteran 2019-11-17 12:04:24

Rafiq muellim dediyiniz o dunyanin yaxwi yerlerinde yawi 70 catanlar deputat olmaq ucun yox, tez teqaude getmek ucun caliwir. Cunki esil gun-guzaran ondan sonra bawlayir!

Alı 2019-11-17 12:04:24

Onda sən də qayıt QƏDİM YUNANISTAN dövlətinə və ordan da deputat ol.VƏ QƏDİM YUNNISTANDAKI QANUNLARIN HAMISINI DA TƏTBİQ ELƏ BİRİNCİ NÖVBƏDƏ ...

Seçici 2019-11-17 12:04:24

Məgər, H.Əliyev 7O yaşında ən gərgin və gündəlik gedişləri olan Prezident vəzifəsinə seçilməmişdimi?

dadaşyev 2019-11-17 12:04:24

Amma xəbərin varmı ki,o qədim Yunanıstanda həmin o qoca deputatlar Sokrat kimi filosofu Məclisə çağırdılar və səs çoxluğuyla onun öldürülməsinə qərar çıxardılar?Çünki Sokrat onlardan hansını küçələrdə görürdüsə yapışırdı yaxasından ki,de görüm cahil olduğun halda məndən yüksəkdə niyə oturmusan,mən heç olmasa bilirəm ki heç nə bilmirəm,siz bədbəxtlər isə heç nə bilmədiyinizi də bilmirsiniz,krala yaltaqlanmaqdan başqa nə bacarırsınız?Bax o yaltaq qocaların qərarıyla o böyük insan bir kasa zəhər içib ölür.

Son yazılar