Menu

Gəncə sakini Bakıda arvadını boğaraq öldürüb

18.11.2019, 10:09
Gəncə sakini Bakıda arvadını boğaraq öldürüb

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Dönməz Cəmşidzadə kirayədə yaşadığı mənzildə həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedib. O, daha sonra Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol