Menu

Azərbaycan Dillər Universitetinə daha bir prorektor təyin edilib

20.11.2019, 12:04
Azərbaycan Dillər Universitetinə daha bir prorektor təyin edilib

Azərbaycan Dillər Universitetində (ADU) yeni kadr təyinatı olub.

“Report” xəbər verir ki, bununla bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla müvafiq əmr imzalayıb.

Əmrə əsasən, professor Sevinc Zeynalova ali məktəbin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb.

O, əvvəllər ADU-nun Elmi işlər üzrə prorektoru işləyib.

Qeyd edək ki, universitetin Tədris işləri üzrə əvvəlki prorektoru professor Əfqan Abdullayev olub. O, Təhsil Nazirliyinə təyinat alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol