[caption id="attachment_57092" align="alignleft" width="260"] Mənsum Bayramov[/caption]
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Media forum” saytının məhbus vəkil Mənsum Bayramovun işi ilə bağlı sorğusunu cavablandırıb.
O deyib: “Mənsum Bayramov öz qulluq mövqeyindən və bir sıra vətəndaşların etibarından sui-istifadə etməklə onları aldadıb, dələduzluq yolu ilə əmlaklarını ələ keçirməklə həmin şəxslərə külli miqdarda ziyan vurub.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı tərəfindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar çıxarılmasına baxmayaraq Mənsum Bayramov istintaqdan qəsdən yayınıb və axtarışa verilib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub və məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.
Mənsum Bayramov uzun illər AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü olub. 49 yaşlı Mənsum Bayramov Bakı Dövlət Universitetinin məzunudur. 2007-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.


Şərhlər