Menu

Mehriban Əliyeva Putinlə danışıqlar aparacaq

21.11.2019, 19:44
Mehriban Əliyeva Putinlə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin noyabrın 22-də Rusiyada səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşəcək.

Virtualaz.org bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinə istinadən RİA Novosti xəbər yayıb.

"Putin Rusiyaya səfərə gələn Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşəcək",-məlumatda bildirilir.

Qeyd edək ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya paytaxtındakı Aleksandr bağında Naməlum Əsgər məzarını ziyarət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol