Menu

Türkiyə və Krım arasında bərə əlaqəsi bərpa edilib - Həftədə bir dəfə

23.11.2019, 09:25
Türkiyə və Krım arasında bərə əlaqəsi bərpa edilib - Həftədə bir dəfə

«Azpolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, noyabrın 22-dən başlayaraq, Türkiyə və Krım arasında bərə nəqliyyatının hərəkəti bərpa olunub. Marşrut üzrə bu nəqliyyat növünun hərəkəti 2017-ci ildə dayandırılmışdı.

Bərələr həftədə bir dəfə Kerç limanından Türkiyənin Zonquldaq limanına üzəcəklər. Bu barədə «İxracın dəstəklənməsi üzrə cənub bölgəsel Mərkəzi» muxtar qeyri-kommersiya təşkilatının direktoru Natalya Serova xəbər verib.

«İndi təsdiqlənib ki, Zonquldak-Kerç bərəsi işə buraxılır - həftədə bir dəfə müntəzəm üzəcək. Yüklərin ikinci sənədləşdirilməsi gedir. Biz indi ona ixrac yükü yığacağıq və bu da logistikanın qiymtinin minimumlaşdırılmasına imkan» verəcək» - deyə, Serova respublikanın iqtisadi siyasət üzrə parlament komitəsinin iclasında bildirib. 

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol