Menu

"Klubun yaşayacağına inanıram" - "Qəbələ"nin məşqçisi

24.11.2019, 21:33
"Klubun yaşayacağına inanıram" - "Qəbələ"nin məşqçisi

"Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Ancaq bunu bacarmadıq". "Report" xəbər verir ki, bunları "Qəbələ"nin məşqçisi Elmar Baxşiyev Premyer Liqanın XII turunda "Neftçi"yə 1:4 hesabı ilə uduzduqları səfər matçından sonra söyləyib. 39 yaşlı mütəxəssisin sözlərinə görə, komandalar arasında səviyyə fərqi aşkar görünür: "Sabitliyi qoruya bilmirik. Bu da təcrübəli futbolçuların azlığından gəlir. Meydanda aciz olduğumuzu deməzdim. Rəqibin ustalıq səviyyəsi üstün idi, qol epizodların dəyərləndirdilər. Bizdə isə alınmadı". Baxşiyev sponsor məsələsinə də toxunub: "Üzərimizə düşəni edirik. Sponsor işi bizə aid deyil. "Qəbələ"nin yaşayacağına inanıram".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol