"UŞAQPULU VERİLMƏLİDİR" - "Bu, millətin tələbidir, “yox” demək düzgün deyil."

“Azərbaycanda pensiya yaşı həddindən artıq yüksəkdir. Burada ümumi məxrəcə gəlməyə ehtiyac var”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

O bildirib ki, yaşlı insanların sosial yükünü dövlət öz üzərinə götürməyi bacarmalıdır: “Hesab edirəm ki, pensiya yaşı ilə əlaqədar müəyyən ümumi məxrəcə gəlmək lazımdır”.

Deputat qeyd edib ki, “uşaqpulu”nun verilməsi millətin tələbidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən “uşaqpulu” verilir. Amma biz hamımız faktiki olaraq “uşaqpulu” ilə böyüyən adamlarıq. “Bu gün “uşaqpulu”nun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. "Uşaqpulu" verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, “uşaqpulu” məsələsinə birbaşa “yox” demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir”.

635x100

Şərhlər

İ.Mustafaoğlu 2019-11-25 23:44:38

Biz hamımız SSRİ dönəmində uşaq pulu ilə böyüyüb, boya-başa çatmışıq.Söz düşəndə də deyirik i, bizi dövlət böyüdübdür. Uşaqların sağlam böyüməsi üçün uşaqpulu verilməlidir, heç olmasa 12-yaşına kimi.Uşaq pulunun verilməsində dövlət büdcəsinə heç bir mənfi təsiri olmayacaqdır.

Xalid 2019-11-25 21:41:34

Menim sosialim esasiz dayandiriblar 0556136241

Elli 2019-11-25 20:23:22

Vahid Əhmədovun dediklərini dəstəkləyirik. Doğrudan da pensiya yaşını azaltmaq lazımdır. Yoxsa xalq pensiyaya çıxmamış yaşlı adamlar tələf olurlar. Xahiş edirik ki, bu təklifə həssaslıqla yanaşasınız.

vətəndaş 2019-11-25 19:11:54

gəlir vergisi 14 faizdən 10 faize endirilməli.300 manat maaşdan vergi tutulmamalıdir

Bayram müəllim 2019-11-25 15:23:29

Sag olun min yasa Vahid müəllim dogrudur pensiya yaşı çox yüksəkdir 60 yaşa yendir.Bu insanlar yazıqdır.hANSİSA BU XALQI İSTƏMƏYƏN DEPUTATLARİN GÜNAHI UCBATİNDAN PENSİYA YAŞİ QALDIRILDI.Xahişedirik bu məsələyə yenidən baxılsın

Son yazılar