Menu

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda qəbul olunub

25.11.2019, 17:37
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda qəbul olunub

Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirələri başa çatıb."Report" xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul olunub.

Azərbaycan parlamentinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2020-ci ilin yanvar ayının 1-dən ölkədə icbari tibbi sığortanın bütövlükdə həyata keçirilməsini real hesab edib: "Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Çünki “Tibbi sığorta haqqında” qanun 20 il bundan əvvəl qəbul edilmişdi. Bu sahədə illər ərzində bir çox inkişaf olduğuna görə qanunvericilik bazasına 8 maddadə 126 dəyişiklik və əlavə təklif olunub”. Komitə sədri qeyd edib ki, layihə konseptual baxımdan I oxunuşda qəbul üçün uyğundur: “Vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin edəcək”.

Şərhlər

azer 2019-11-25 19:05:42

gelir vergisi 2 faiz yeni 14 faizden 12 faize endirilmelidir

Vahid 2019-11-25 18:17:20

Qanun oldu ki.ona artıq dəyişiklik olunur?Bunların işi hekayədir!

Vahid 2019-11-25 18:11:31

Qanun oldu ki.ona artıq dəyişiklik olunur?Bunların işi hekayədir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol