Menu

İranda nazir istefa verib

25.11.2019, 23:20
İranda nazir istefa verib

İranın Kənd Təsərrüfatı naziri Mahmud Höccəti istefa verib. APA-nın Tehran bürosunun məlumatına görə, İran Prezidenti Həsən Ruhani onun istefasını qəbul edib.

Kənd Təsərrüfatı naziri vəzifəsinə müvəqqəti olaraq Abbas Keşavərzi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl İran parlamenti M. Höccətinin fəaliyyətində problemlərin olduğu üçün ona qarşı impiçment elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol